Onu fermada qul kimi işlətdilər - Bakıda


18:29     06 İyun 2015 a73fcc02c088566285b0758eb3333fa1.jpg

Sahibkar onu fermada qul kimi işləməyə məcbur edib. Hətta məcburi əməyə cəlb edilmiş şəxsin İmişli və İsmayıllıdakı fermalarda da işlədilməsi müəyyən edilib.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən Femida.az-a verilən məlumata görə, 2015-ci il iyun ayının 2-də Ağdam sakini, 41 yaşlı Zeynalov Fehruz Məmməd oğlunun sahib olduqları Bakının Xəzər rayonundakı heyvandarlıq fermasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Keçirilən əməliyyat zamanı orada Azərbaycan vətəndaşının məcburi əməyə məruz qalması faktı müəyyən edilib. Eyni zamanda İmişli və İsmayıllı rayonlarında yerləşən heyvandarlıq fermalarında da yoxlamalar aparılıb.

Burada da məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1711