Erməni oliqarxın partiyası parçalanır


19:15     09 Mart 2016 irevan%20oliqarx.jpg

Ermənistanın müxalifət düşərgəsində liderliyə iddialı olan, amma sonradan prezident Serj Sarkisyanın qəzəbinə gələn oliqarx Qagik Sarukyanın partiyası parçalanır.


Bu barədə İrəvanda çıxan "Hrapark" qəzetində bildirilir. Ermənilərin "Eşşək Dado" ləqəbi ilə tanıdıqları oliqarxın böyük siyasəti tərk etməsi bəyanatı verərək hakimiyyət mübarizəsindən çəkildiyini bəyan etməsindən sonra onun "Çiçəklənən Ermənistan" Partiyasında qopmalar müşahidə olunur.

Partiyada parçalanma və didişmə ideoloji müstəvidə deyil - şəxslər arasında mübarizə gedir.

Daha doğrusu, partiya mənsubları sədr Naira Zöhrabyanın idarəçilik metodlarına etiraz edir, onu "ambisioz, amma bisavad və mədəniyyətsiz adam" adlandırırlar.
Naira Zurabyanın ətrafında indi yalnız ondan asılı adamlar qalıblar.

"Çiçəklənən Ermənistan" Partiyasının sədrinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilməsi, onun şərəfinə Yerevandakı "Lçer" restoranında ziyafət verilməsi də merkantil maraqların, yaltaqlığın təzahürü idi.

Partiya funksioneri Vardan Vardanyana məxsus bu restorandakı ziyafətdə N.Zöhrabyanla bahəm, sadəcə 2 deputat - Vage Enfiacyan, Lyova Xaçatryan vardı.
Bu günlərdə partiyanı iki deputatın - Vahan Babayan və Mikael Melkonyanın tərk etməsi gözlənilir. Onlar iqtidardakı Ermənistan Respublika Partiyasının sıralarına qatılacaqlar./milli.az/

Açar sözlər:

Oxunub: 811