Yunusların şikayəti təmin olunmadı


15:26     11 Mart 2016 yunus.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.


Vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə şikayəti təmin etməyib. Vəkil qeyd edib ki, Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə onların müraciətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 773