Dəhşətli qəzanın təfərrüatları- 3 ölü, 25 yaralı+Fotolar


21:12     07 İyun 2015 183029.jpg

Bakının Sabunçu-Zabrat yolunda baş verən dəhşətli qəzada 25 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə ans press-ə 3 saylı şəhər Klinik Xəstəxanasından bildiriblər. Yaralılar hazırda palatalara yerləşdirilir. Onlar arasında nisbətən ağır olanlar reanimasiyaya yerləşdiriləcək.

Qəzada ölənlərin sayı 3 nəfərə çatıb. Onlardan 2 nəfəri hadisə yerində keçinib. Bir nəfər də yolda dünyasını dəyişib. Qəzada ölən iki nəfər 17-18 yaşlarında oğlanlardır. Qəza zamanı yaralananların 4-nün vəziyyəti isə nisbətən ağırdır.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ans press-ə verdiyi məlumata görə, qəza yük maşınının sürücüsünün günahı üzündən olub.

“Avtobusu idarə edən sürücü Bayram şəhər istiqamətinə hərəkət edərkən görüb ki, qarşı tərəfdən iki “Shacman” markalı yük maşını gəlir. Yük maşınları ötüşürmüşlər. Onlar avtobusa yol verməyiblər, nə də sürəti azaltmayıblar. Avtobus sürücüsü nə qədər etsə də, qəza qaçılmaz olub”, - deyə Vüqar İbrahimli bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 892