Ramil Usubov sıra baxışı keçirəcək
21:56 12 Mart 2016
2016-cı il martın 16-da saat 12:00-da Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bərdə rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Qeyd olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.
Bununla yanaşı, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.
Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul edilən vətəndaşlar polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Oxunub: 996
Oxşar xəbərlər
- Ramil Usubov yeni rəis təyin etdi
- Ramil Usubov əmr imzaladı
- Ramil Usubov iki rayonun polis rəisi dəyişdirdi
- Ramil Usubov vətəndaşlarla görüşdü
- Ramil Usubov vətəndaşları qəbul edəcək
- Ramil Usubov Moldovanın daxili işlər nazirini qəbul edib
- Ramil Usubov polkovniki təqaüdə göndərdi
- Ramil Usubov Avropa Şurası rəsmilərini qəbul edib
- Ramil Usubov Gəncədə görüş keçirdi
- Ramil Usubov cinsi azlıqların saxlanılmasından danışdı