Erməni deputatdan Ankara terrorçusuna dəstək - FOTO


14:50     16 Mart 2016 chpli-vekilden-ermenilere-diaspora-sozu_1928462_720_400.jpg

Türkiyədə anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) erməni əslli deputatının Ankarada törədilən terror aktı barədə sosial şəbəkədə yazdığı mesaj ölkədə qalmaqala səbəb olub.



Femida.az -ın məlumatına görə CHP millət vəkili Selina Doğan “Twitter” səhifəsində terrorçu kamikadzeni zərərçikmiş kimi, törətdiyi teraktı haqlı göstərib.

Kəskin reaksiyalardan sonra erməni millət vəkili “səhv başa düşüldüm” deyərək qalmaqala səbəb olmuş tviti silib.

“1992-ci il təvəllüdlü bir qadını, bədənini partladaraq ölüm saçmağa aparan səbəbləri müzakirə etmədikcə terrorla mübarizə yalandır.” – deyə Selina Doğan şəxsi “Twitter” səhifəsində yazmışdı.





Doğanın sosial şəbəkədə yazdığı mesaja kəskin etiraz edən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Mehmet Metiner bu tvitin, CHP-nin PKK-nı qoruduğunun dəlili olduğunu yazıb.

“Terrorçu İŞİD üzvü olsaydı eyni sözləri deməyəcək lan CHP-nin PKK terroristlərini necə qoruduğunun dəlilidir bu tvit.” – deyə Metiner qeyd edib.

Etirazlardan sonra tviti silən Selina Doğan sosial şəbəkədəki səhifəsində “Səhv başa düşüldüm” – deyə qeyd edib.

CHP-nin mətbuorqanı olan “Halk” telekanalında proqram aparıcısı olan Ayşənur Arslan isə terrorçu kamikadze barədə “qızcığaz” ifadəsini işlətmişdi.

Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Qızılay” meydanının yaxınlığında terror hadisəsi baş vermişdi. Kamikadzenin hərəkətdə olan avtomobillə avtobus dayanacağında törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 37 nəfər ölmüş, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Açar sözlər:

Oxunub: 2780