Məscid partladılıb, 22 nəfər ölüb


19:10     16 Mart 2016 nigeria%20mescid.jpg

Nigeriyada məscid partladılıb.


Femida.az xəbər verir ki, hadisə Mayduquru şəhərindəki yerləşən məsciddə baş verib.

İki kamikadzenin törətdiyi terror aktı nəticəsində 22 nəfər ölüb, 17 nəfər yaralanıb.

Kamikadzelərdən biri məscidin içində, digəri isə məscidin çıxışında partlayıcı qurğunu işə salıb.

İlkin ehtimallara görə partlayışa səbəb kimi, "Boko Haram" terror qruplaşması göstərilir.

Açar sözlər:

Oxunub: 977