Məscidlərdə bayram namazı qılınıb


13:29     01 Sentyabr 2017 namaz1_397.jpg

Bu gün Bakının Təzəpir və Əjdərbəy məscidlərində Qurban bayramı münasibətilə bayram namazı qılınıb və xütbələr oxunub.


Femida.az xəbər verir ki, hər iki məsciddə bayram namazı axundların imam-camaatlığı ilə qılınıb. Xütbələrdə vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunub, eləcə də qurban kəsmə qaydaları haqda məlumat verilib. Daha sonra namaza qatılan insanlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.

Bu gün səhər saatlarında paytaxtla yanaşı, Azərbaycanın bütün bölgələrindəki məscidlərində bayram namazları qılınıb, dualar oxunub.

Xatırladaq ki, sentyabrın 1-i və 2-si Azərbaycanda Qurban bayramı qeyd olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1028