Bu gün kürd dövləti yaradılır – SON DƏQİQƏ


19:18     16 Mart 2016 kurd%20d.jpg

Bu gün Suriyanın şimalında yerləşən kürd muxtariyyətinin özünü federtaiv dövlət elan edəcəyi gözlənilir.


Bu barədə Femida.az “Reuters” agentliyinə istinadən xəbər verir.

Suriyanın şimalında, Türkiyə sərhədi boyunca uzanan Cəzirə, Kobani və Afrin bölgələri hazırda kürdlərin nəzarəti altındadır. Kobani bölgəsinin xarici əlaqələr üzrə rəsmisi İdris Nassanın “Reuters”ə verdiyi açıqlamaya görə, bu gün keçirilən toplantının nəticəsində kürdlər bölgədə federativ dövlətə keçiriləcəck.

Nassanın sözlərinə görə, adıçəkilən üç bölgədə “Şimali Suriya Federasiyası” adlı kürd dövləti qurulacaq və bu dövlət bölgədəki bütün kürdləri təmsil edəcək. Bununla da bu gün “Suriya Kürdüstanı” rəsmən elan ediləcək.

Bu xəbərə Türkiyə tərəfinin nə cür reaksiya verəcəyi maraqla gözlənilir. Qeyd edək ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu bundan əvvəl verdiyi açıqlamada sərhədyanı ərazilərdə bir türk dövlətinin yaradılmasına əsla icazə verməyəcəklərini bildirmişdilər.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 7232