Qayınatasını öldürən şəxsə 10 İL HƏBS


18:11     17 Mart 2016 cinayet%20tutul%20azadliq%20ogur20.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasının ölümündə təqsirləndirilən Əhmədov Şamil Abdulla oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2013-cü il iyun ayının 18-də Sumqayıt şəhəri, İnşaatçılar prospektində yerləşən yataqxanada baş verib. Bir müddət əvvəl həyat yoldaşı Təranə Hüseynovadan ayrılan Əhmədov Şamil Abdulla oğlu onunla barışmaq üçün yaşadığı ünvana gəlib. Ş.Əhmədov keçmiş həyat yoldaşını zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb. O, keçmiş həyat yoldaşını azyaşlı qızlarının gözü önündə döyüb. Bunu görən T.Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş.Əhmədov onu da vurub. Kəllə-beyin travması alan T.Hüseynov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hadisədən sonra Ş.Əhmədov Rusiyaya qaçıb. Beynəlxalq axtarışa verilən Ş.Əhmədov Rusiyada tutularaq Azərbaycana təhvil verilib.

Ş.Əhmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə əsasən ittiham olunub.

O, bundan əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb./apa/

Açar sözlər:

Oxunub: 825