Türkiyənin yeni milli silahı - Fotolar


20:44     17 Mart 2016 twrk%20ordusu7.jpg

Türkiyənin istehsal etdiyi ilk avtomat silahı olan MPT-76 ilə bağlı bütün məlumatlar ictimaiyyətə təqdim olunub.


Femida.az xəbər verir ki, MPT-76 NATO-nun 42 sınağından uğurla və xətasız keçməyi bacaran yeganə silahdır.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə təxminən 200 hissədən təşkil olunan MPT-76-nın bütün detalları artıq istehsal olunur. Silahın istehsal olunan hissələri tam hazır vəziyyətdə yığılmağı gözləyir.

2016-cı ildə Türkiyə ordusuna tam yerli istehsal olan 500 MPT-76 silahının verilməsi planlaşdırılır. 2017-ci ildə isə orduya 34 500 avtomat silahının verilməsi nəzərdə tutulur.

MPT-76 NATO-nun standartlarına uyğun olaraq soyuq, isti hava şəraitində, qum, yağış, palçıq kimi ağırlaşdırılmış 42 testi xətasız olaraq müvəffəqiyyətlə keçib. ABŞ ordusunun istifadə etdiyi M-16 silahı isə bu testlərin təxminən 25-indən keçə bilir.

7,62 çaplı MPT-76 avtomat silahı Türkiyənin hər yerində və müxtəlif hava şərtlərində də yoxlamadan keçib. Silah -40 və +65 dərəcədə, su təzyiqi altında və palçıqda da işləmək qabiliyyətinə malikdir.

3 müxtəlif qrupda 40 mütəxəssisin 2 illik gərgin əməyi nəticəsində hazırlanan silah Türkiyə Silahlı Qüvvələrinin bütün ehtiyaclarını qarşılaya biləcək.

4,3 kq ağırlığı, 88 sm uzunluğu və 20 mərmi tutan darağı olan avtomat silahının effektiv atış məsafəsi 400 metrdir.










Açar sözlər:

Oxunub: 6026