5 rus hərbçisi öldürülüb


02:11     18 Mart 2016 russ%20suriyada%2016.jpg

Rusiyanın Suriyada keçirdiyi əməliyyatlar zamanı 5 hərbçi qulluqçusu ölüb.


Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov açıqlama verib.

Rusiya prezidenti Vladimir Putin Kremldə dövlət mükafatlarının təqdimatı mərasimində Suriyada həlak olan 5 hərbçinin həyat yoldaşına başsağlığı verib.

Suriyada həlak olan hərbçilərdən Oleq Peşkov, Aleksandr Pozınıç və Vadim Kostenko barədə Rusiya mətbuatı məlumat yaymışdı.

Digər iki hərbçi İvan Çeremisin və Fyodor Juravlyov barədə isə əvvəllər heç bir məlumat verilməyib.

Açar sözlər:

Oxunub: 1544