“Məni müqaviləsiz işlədib, pulumu kəsdilər” - ŞİKAYƏT


19:07     18 Mart 2016 20160316_104409.jpg

Ucar rayonu Ş.İ.Xətai küçəsi ev 47 ünvanında yaşayan Xəlilov Elşən Şahmar oğlu tərəfindən Femida.az- a müraciət daxil olub. Vətəndaş müraciətində " Ucar Aqro" MMC-ni (mərcan broyler) idarə edənlərdən biri olan Hamiz Arif oğlu Məmmədov tərəfindən işlədiyi pulun verilməməsindən narazılığını bildirib. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Ucar rayon ərazisində yerləşən " Ucar Aqro" MMC-ni (mərcan broyler) idarə edənlərdən biri olan Hamiz Arif oğlu Məmmədov məni işlədib 1270 manat pulumu vermirki mən də ailəmlə bayram edə bilim. Hansı ki, Hamiz Məmmədovun əməlləri araşdırılıb onun barəsində tədbirlər görməyə əsaslar var.

Belə ki, "Ucar Aqro" MMC-nin (mərcan broyler) hektarlarla ərazini əhatə edən obyektlərində işlədilən işçilərin çoxunun əmək müqaviləsi bağlanılmadan işlədib işin sonunda da aldadıb zəhmət haqlarının çoxunu vermirlər.Sonrada deyirlər ki, səninlə müqavilə bağlamamışam sənə heç bir borcum yoxdur hara istəyirsən şikayət et. Mən də Hamiz Məmmədovla əvvəlcədən razılaşıb 9000 manat verilməklə o böyük ucu bucağı görünməyən obyektlərin bütün elektirik işlərini bir neçə aya görüb başa çatdırdım.Hissə-hissə mənə 7300 manat verilsədə 1270 manat borclu qaldılar.

Mən dəfələrlə Hamiz Məmmədovdan xahiş etsəmdə hər dəfə gələn ay verəcəm deyə-deyə məni aldatdı.Hətta telefonumda onun bu barədə mənə yazdığı mesajlar da var ki, mənə borclu olmasını orada yazıb. İndi mənə də digərlərinə dediyi kimi deyir ki, səninlə heç bir müqaviləm yoxdur get nə istəyirsən et pulunu vermirəm.

Hamiz Məmmədovun mənə pul borclu olmasını təsdiq edən mesajlar var ki, artıq məcburam bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və digər aidiyyatı orqanlara təqdim edəcəyəm.Qanunda nəzərdə tutulmuş qaydada Hamiz Məmmədov işçiləri əmək müqaviləsi bağlanmadan işlətdiyi üçün inzibati məsuliyyətə cəlb edilməlidir.”

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1520