“Məni heç 33 nəfər də döyə bilməz” - Zöhrab Ağayev


19:07     14 Sentyabr 2015 images2.jpg



Prodüser Zöhrab Ağayev mətbuatda yayılan döyülmə xəbərlərinə aydınlıq gətirib. Femida.az-a açıqlama verən prodüser bunları bildirib:

“ Bu xəbəri eşitdim. Düzü, mənə qeyri-adi gəlmədi. Belə xəbərləri yayan şəxsi tanıyıram. Həmin adam çox bədbəxt adamdır. Çünki, hamı irəli gedir, təkcə ondan başqa. Əvvəla, mən kluba gedəndə yanımda mütləq kimsə olur. Məni nəyinki, 3 nəfər heç, 33 nəfər də döyə bilməz. Mənim adım elə bəsdir ki, mənə toxuna bilməzlər. Mən kiməm, yaxşı bilirlər. Mənə qəsdən sataşan adamlar cəzasını alır.”


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 3379