Rusiyada dəhşətli təyyarə qəzası: 61 ölü


13:30     19 Mart 2016 teyya`re-qeza`4.jpg

Rusiyanın Rostov şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb.


Femida.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rostov vilayəti fövqəladə xidmət orqanları açıqlama verib. Qeyd olunur ki, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib.

Dəqiqləşdirilmiş məlumata əsasən, Rostov-na-Donu şəhərində qəzaya uğrayan “Flydubai” aviaşirkətinə məxsus “Boeing-738” təyyarəsində ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub.

İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub.

Açar sözlər:

Oxunub: 1420