Bu küçələr bağlanacaq - Siyahı
16:15 20 Mart 2016
Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Bakı Şəhər Halqasından Femida.az -a verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri son mərhələyə daxil olur və artıq martın 22-dən etibarən üst lay asfalt qatının çəkilməsinə başlanılacaq.
Bu səbəbdən, üst lay asfaltın döşənilməsi zamanı yarış trekinin tərkib hissəsi olan mərkəzi küçələr aprel ayının sonunadək, müxtəlif tarixlərdə olmaqla avtomobillərin hərəkəti üçün qismən bağlı olacaqdır.
Hərəkətin məhdudlaşdırılacağı həmin küçələr üzrə üst lay asfalt qatının döşənilmə tarixləri ilə təqdim edilən əlavədə göstərilib. Qeyd edək ki, təqdim edilmiş bu iş qrafiki hava şəraitindən asılı olaraq dəyişə də bilər.
Oxunub: 712
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI