Təyyarə evin üstünə düşdü: 7 ölü - VİDEO


19:30     20 Mart 2016 Braziliyaa2222.jpg

Braziliyanın San-Paulu şəhərində təyyarənin yaşayış evinə çırpılması nəticəsndə 7 nəfər ölüb.

Femida.az Anadolu Ajansına istinadən xəbər verir ki, həlak olanların hamısı San-Paulodan Rio-de-Janeyroya uçan CA9 təyyarəsinin göyərtəsində olublar.

İlkin məlumata görə, yaşayış evinin sakinləöri xila ola biliblər. Globo qəzetinin məlumatına əsasən, ölənlər arasında Vale dağ-mədən şirkətinin keçmiş prezidenti Rocer Aqnelli və onun yaxın qohumları da var.

Şahidlər bildiriblər ki, aviaqəza uçuşdan dərhal sonra baş verib. Onların sözlərinə görə, pilotların yüksəklik yığanda çətinlik çəkdikləri hiss olunub: təyyarə çox aşağıdan uçurdu.

Hal-hazırda qəza yerində 15 yanğınspndürən briqadası işləyir.


Açar sözlər:

Oxunub: 629