Kürdlər İranı daxildən parçalayacaq


22:57     20 Mart 2016 tehrann.jpg

İran Kürdüstan Demokrat Partiyası sensassion iddia ilə çıxış edib.


Femida.az xəbər verir ki, partiyanın baş katibinin müavini Həsən Şərəfi Peşmərgə qüvvələrini İrana göndərəcəklərini açıqlayıb. Şərəfi peşmərgənin xalqın içində olması, əlaqənin kəsilməməsi üçün bu addımı atacaqlarını deyib:

“Bunu yeni bir hərəkatın taktikası adlandıra bilərik. Əgər qüvvələrimizə hücum olarsa, müdafiə olunacaqlar. Məqsədimiz peşmərgə qüvvələri ilə xalqımız arasındakı bağları gücləndirməkdir”.

Xatırladaq ki, İran Kürdüstan Demokrat Partiyası İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzaniyə yaxınlığı ilə seçilir.


Femida.az

Açar sözlər:

Oxunub: 1209