Kürdlər müstəqil dövlət yaradır – Referendum keçiriləcək


14:04     31 Mart 2017 1425660047347.jpg

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani yaxın zamanlarda müstəqillik üçün referenduma gedəcəklərini bildirib.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Məsud Bərzaninin ofisindən verilən açıqlamaya görə, Bərzani BMT-nin baş katibi Antonio Quterresin rəhbərlik etdiyi nümayəndə heyətini Ərbil şəhərindəki Prezident sarayında qəbul edib.

Bildirilir ki, bu görüş zamanı İraq kürdlərinin taleyini həll edəcək müstəqillik referendumun keçirilməsi müzakirə olunub.

`İraq kürdüstanı öz gələcəyi haqqında tarixi bir qərar verib və yaxın vaxtlarda müstəqillik referendumu keçiriləcək. Bütün dünya bu referendumdan xəbərdar olmalıdır`, - Barzani Quterreşlə görüş zamanı deyib.

Qeyd edək ki, Antonio Quterres Ərbil səfərindən əvvəl Bağdadda İraqın Baş naziri Heydər Əl-İbadi ilə görüşüb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2851