Bu görüş təxirə salındı - Terror təhlükəsi


03:05     21 Mart 2016 derbi%20texire%20salindi.jpg

Türkiyə Superliqasının 26-cı turu çərçivəsində bu gün keçirilməli olan “Qalatasaray” - “Fənərbağça” oyunu təxirə salınıb.


Bu qərara səbəb mümkün terror təhlükəsi olub. Derbinin hansı vaxtda keçiriləcəyi açıqlanmayıb.

Qeyd edək ki, görüşün başlamasına bir neçə saat qalmış hüquq-mühafizə orqanları oyunun azarkeşlərin iştirakı olmadan keçirilməsi haqda qərar verib. Bu səbəbdən Bakı vaxtı ilə saat 18.30-dan etibarən stadiona girən azarkeşlər çölə çıxarılmağa başlayıb.

Polisin bu qərarı azarkeşlərin və “Qalatasaray”ın etirazına səbəb olub. Bundan sonra klub oyunun təxirə salınması ilə əlaqədar müraciət edib.

Açar sözlər:

Oxunub: 878