Trampdan İranla bağlı şok açıqlama
02:17 23 Mart 2016
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan, iş adamı Donald Tramp növbəti dəfə qalmaqallı çıxışı ilə yadda qalıb.
Hər çıxışında gündəmə gəlməyi bacaran Tramp prezident seçiləcəyi təqdirdə İranla münasibətlərə aydınlıq gətirib.
Tramp prezident seçilərsə, ilk işinin İranla imzalanmış nüvə proqramı anlaşmasını ləğv etmək olduğunu deyib. Onun sözlərinə görə, ABŞ-ın İranla anlaşması ölkəsi üçün təbii fəlakətdir.
"İranla nüvə anlaşması ABŞ, İsrail, həm də Orta Şərq ölkələri üçün uğursuzluqdur” ,-deyə bildirən Tramp prezident olarsa, İranın terror şəbəkəsini çökdürəcəyini söz verib.
"İranın terror şəbəkəsini tamamilə çökdürəcəyik. Güclü və böyük şəbəkələri var, ancaq biz daha güclüyük” deyə Tramp növbəti qalmaqala imza atıb.
Onun bu fikirləri politoloqlar tərəfindən birmənalı qarşılanmayıb. Ekspertlər hesab edirlər ki, Tramp ABŞ prezidenti seçilərsə ölkəni böyük fəlakətlər gözləyə bilər.
Oxunub: 925
Oxşar xəbərlər
- Trampdan yeni bəyanat: Şimali Koreya təcrid olunmalıdır
- Trampdan Şimali Koreyaya sərt xəbərdarlıq
- Trampdan geri addım
- Trampdan homoseksuallara xoş xəbər
- Trampdan şok qərar - Sərhəddə divar çəkdirəcək
- Trampdan Güləni qaytarmasını istədi
- Trampdan Ukraynanı qıcıqlandıracaq açıqlama
- Trampdan Putin açıqlaması