Trampdan geri addım


01:30     31 Yanvar 2017 tramp%20qrin%20kart.jpg

ABŞ prezidenti Donald Trampın Administrasiyası ölkənin bir çox şəhər və aeroportlarında kütləvi etiraz aksiyalarından sonra xarici ölkələrə səfərlərindən Birləşmiş Ştatlara qayıdan qrin-kart sahibləri üçün immiqrasiya məhdudiyyətlərini zəiflədib.



Məlum olduğu kimi, Prezident D.Tramp bütün immiqrantların və yeddi müsəlman ölkəsindən, o cümlədən Suriya, Sudan, Somali, İraq, Liviya və Yəməndən gələnlərin ABŞ-a daxil olmasına müvəqqəti qadağa qoyulması haqqında fərman imzalayıb. Qadağa qrin-kart sahiblərinə və ikili vətəndaşlığı olan şəxslərə də şamil edilib.

Fərman ölkədə etiraz dalğası doğurub. Prezident D.Tramp bir çox amerikalılar, hüququ müdafiəçiləri, Demokratlar və Respublikaçılar partiyalarından olan qanunvericilər tərəfindən ciddi tənqid edilib. D.Tramp fərmanı ilə bağlı bəyanatında ona yönələn tənqidlərlə razılaşmayaraq vurğulayıb ki, yalnız yeddi müsəlman ölkəsinə toxunan, 40-dan çox müsəlman ölkəsinə şamil edilməyən bu fərman “müsəlmanlar əleyhinə qadağa deyildir”.

Yanvarın 30-da Ağ Ev bəyanatla çıxış edib ki, qrin-kart ( ABŞ-da daimi yaşamaq icazəsi) sahibləri sərbəst surətdə ölkəyə gələ bilərlər. (Azərtac)

Açar sözlər:

Oxunub: 1297