Neft məhsullarının istehsalı azalıb


23:53     25 Mart 2016 image89.jpeg

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,7% – 389,4 mln. manata qədər azalıb.


Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında kerosin istehsalı 6,5% – 113,5 min tona qədər, soba mazutu istehsalı 1149,5 dəfə – 229,9 min tona qədər artıb.

Bu dövrdə birbaşa qovulan benzin istehsalı 1,4% – 27,8 min ton, dizel yanacağı istehsalı 23,9% – 366,1 min ton, sürtkü yağı istehsalı 65,4% – 0,9 min ton, neft bitumu istehsalı 2% – 19,3 min ton, neft koksu istehsalı 81,9% – 7,2 min tona qədər azalıb.

Açar sözlər:

Oxunub: 943