Qara Dəniz ölkələri Soçidə toplanacaq


20:30     28 Mart 2016 BSECnewflag.jpg

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşü iyulun 1-də Soçidə keçiriləcək.


Femida.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.


Toplantıda Rusiyanın QDİƏT-ə sədrliyi dövründə fəaliyyətinin nəticələri müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 1999-cu ildə yaradılan QDİƏT-ə 12 dövlət - Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldaviya, Rumıniya, Serbiya və Ermənistan daxildir.

Açar sözlər:

Oxunub: 947