"Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
18:15 17 Avqust 2022
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Viktoriya" oyunu ərəfəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Bu barədə Femida.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb.
Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib.
"Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir", - DİN-in açıqlamasında bildirilib.
Qeyd edək ki, "Qarabağ" – "Viktoriya" matçı bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Oxunub: 478
Oxşar xəbərlər
- Qarabağın ilk hava limanında işləmək üçün vakansiya
- Qarabağın yenidən qurulmasına 372 milyon manat xərclənib
- Qarabağın turizm potensialı Dubayda nümayiş olunur
- Qarabağın Azərbaycanlı İcması adını dəyişdi
- Qarabağın çaylarında 13 avtomat hidroloji stansiya quraşdırılacaq
- Qarabağın turizm potensialı ilə bağlı konsepsiyalar hazırlanır
- Qarabağın azərbaycanlı icmasından Prezidentə təbrik
- Qarabağın tarixi ilə bağlı sənədli filmlər hazırlanacaq
- Qarabağın azərbaycanlı icmasından beynəlxalq təşkilatlara MÜRACİƏT
- Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb