Oteldə qətl törədənlərin məhkəməsi təxirə salındı


18:44     29 Mart 2016 məhkəmə1.jpg

Bakı Apellyasiya Məhkəməsində ömürlük həbs edilmiş Sənan Quliyev və 8 il azadlıqdan məhrum edilmiş Mövlud Səfərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə düşüb.


Femida.az xəbər verir ki, prosesin təxirə salınmasına səbəb isə zərərçəkmişlərdən Ruslan Əfəndiyev, Ceyhun Nağıyev və təqsirləndirilən Sənan Quliyevin vəkilinin prosesdə iştirak etməməsi olub.

Onu da vurğulayaq ki, keçən il aprel ayının 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və hotelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.
Sənan Quliyev və Mövlüd Səfərovun hər birini Cinayət Məcəlləsinin 8 maddəsi ilə cinayət işi başlanıb.

Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Açar sözlər:

Oxunub: 938