Con Kerri Türkiyəyə gələcək


00:28     31 Mart 2016 con%20kerri9.jpg

ABŞ Dövlət katibi Con Kerri Türkiyəyə səfər etməyi planlaşdırır.


Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Ötən gün Kerri ilə bir araya gələn Çavuşoğlu görüşlə bağlı açıqlama verib:

"ABŞ-la bir araya gələndə ciddi problemləri müzakirə edirik. Suriya məsələsində də həlledici mərhələdəyik. Müvəqqəti atəşkəs münaqişələrin dayandırılmasını təmin etdi və humanitar yardımları çatdırmaq məsələsində bəzi müsbət irəliləyişlər var. Cenevrədə 3-cü görüş də planlaşdırılır".

Açar sözlər:

Oxunub: 1036