Con Kerridən Hirosimaya - Tarixi səfər


15:53     11 Aprel 2016 kerri%20sefer2.jpg

ABŞ dövlət katibi Con Kerri aprelin 11-də Yaponiyada Hirosima memorialına tarixi səfər edib.


Femida.az xəbər verir ki, Kerri Hirosima Sülh Parkına səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub.

Kerri, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya xarici işlər nazirləri ilə birlikdə muzeyi gəzib, Hiroşima bombardmanı qurbanlarının xatirəsinə gül düzüb.

Nazirlər Hirosimaya "Böyük Yeddiliy"in toplantısına gəliblər.

1945-ci il, avqustun 6-da ABŞ-ın B-29 bombardmançısı bu şəhərə 15 kilotonluq atom bombası atıb, 80 min nəfər dərhal həlak olub. İkinci bomba isə 3 gün sonra Naqasaki şəhərinə atılıb. Bununla da 2-ci dünya müharibəsi başa çatıb


Açar sözlər:

Oxunub: 753