Con Kerri Moskvada Qarabağı müzakirə edəcək


03:48     12 İyul 2016 16_07_2015_7433219_john_kerry_20154.jpg

İyulun 14-də ABŞ dövlət katibi Con Kerri Moskvaya səfər edəcək.



APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

Onun sözlərinə görə, Con Kerri Moskvaya Parisdən, Fransa prezidenti F.Olland ilə görüşündən sonra səfər edəcək. “Dövlət katibi səfər çərçivəsində Suriya, Ukraynadakı vəziyyəti, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək”, deyə C.Kirbi.

Açar sözlər:

Oxunub: 1548