Radikal islamçı etiraza qalxdı


04:58     31 Mart 2016 pakistan%20etirazci.jpg

Yüzlərlə radikal islamçı martın 30-da Pakistan parlamentinin qarşısında etiraz aksiyası keçirib.


Femida.az xəbər verir ki, polis aksiyanın dağıdılacağını bəyan etdikdən sonra etirazçılar dağılışıb.

Aksiyanın təşkilatçıları hökumətlə razılıq əldə olunduğunu bildirib və dağılışmağı göstəriş veriblər. Amma daxili işlər naziri Chaudhry Nisar Ali Khan hökumətin heç bir güzəştə getmədiyini bildirib.

Qeyd edəkk i, martın 27-də 10 minədək radikal islamçı ötən ay zabit Mumtaz Qadrinin asılmasına etiraz olaraq aksiyaya başlayıblar.

O, 2011-ci ildə mötədil qubernator Salman Taseerin qətlində ittiham olunurdu.

Aksiyaçılar həmçinin Taseerin müdafiə etdiyi həbsdə olan xristian qadına ölüm tələb ediblər.

Açar sözlər:

Oxunub: 965