“İŞİD muzdlularının əksəriyyəti azərbaycanlıdır” - Suriya müftisi


02:28     11 İyun 2015 isid_terorr.jpg

“Suriyada İslam Dövləti (İD) yaraqlılarının sıralarında 70 min xarici muzdlu döyüşür, onların 5-7 mini Rusiya və MDB ölkələrindəndirlər”.

Femida.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Suriyanın baş müftisi Əhməd Bədərddin Hassun bildirib. O, Rusiyaya “İslam dünyası” beynəlxalq konfransında iştirak etmək üçün gəlib.

“Yaraqlıların sıralarında Suriyada 70 min xarici muzdlu döyüşür, onların 5-7 mini Rusiya və MDB ölkələrindəndirlər. Bəziləri ailələri ilə gələrək Türkiyədə hazırlıq keçirlər. Maliyyələşdirmə Səudiyyə Ərəbistanındandır. Təlimatçılar ABŞ və Böyük Britaniyadandırlar”, - Hassun bildirib.

Müfti qeyd edib ki, muzdluların əksəriyyəti MDB-nin Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrindən gəlir.

Açar sözlər:

Oxunub: 1020