Xəzər rayonunda “Soyqırımı Günü” qeyd edilib


02:55     01 Aprel 2016 xezer4.jpg

Bu gün Xəzər rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli məktəbdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilib.


Femida.az-ın verdiyi məlumata görə, tədbir məktəbin ərazisində yerləşən 1918-ci ildə Bakıda Ermənilər tərəfindən törədilən Azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki əsgərinin xatirəsinə ucaldılmiş abidənin önündə keçirilib.

Tədbirdə Xəzər rayon icra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Daxili Qoşunların Ali Hərbi məktəbinin General mayoru İlqar Məmmədovun başçılığı ilə hərbi məktəbin şəxsi heyəti, RİH Başçısının müavini A.Balayev, Aparatın məsul işçiləri, Xəzər rayon idarə,müəssisə və təşkilat rəhbərləri və 123 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişdir. Tədbir Şəhidlərin ruhuna həsr olunmuş bir dəqiqəlik sükutla başlamışdır. Tədbiri giriş sözü ilə açan Vaqif Həsənov hər il mart ayının 31 də ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini və Respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş bir neçə silsilə tədbirlər keçirildiyini vurğuladı.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Rauf Əliyev hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini bildirdi. Millət Vəkili bildirdi ki, bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir.Rauf Əliyev vurğuladı ki, Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.

Daha sonra çıxış üçün söz YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədova, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimova, Daxili Qoşunların Ali Hərbi məktəbinin General mayoru İlqar Məmmədova və Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin sədri Səfa Əliyevə verilmişdir. Çıxışlardan sonra 123 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış şerlər oxunmuşdur.

Sonda tədbir Istirakçıları tərəfindən Abidənin önünə güllər qoyulmuşdur.

Femida.az

Açar sözlər:

Oxunub: 990