Xəzərin təhlükəsizliyini hansı qurumlar təmin edəcək?
02:47 19 Dekabr 2017
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) Azərbaycan Respublikasının dəniz təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələri müəyyənləşib.
Femida.az xəbər verir ki, bu, bu gün prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişikliklər edilməsi haqqında" sərəncamında əksini tapıb.
Bu sahədə terrorçuluqla mübarizə, dənizdə hüquq mühafizə fəaliyyəti vəzifələrinin yerinə yetirilməsində DTX Daxili İşlər Nazirliyi ilə birlikdə əsas, XKX Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkəti və digər neft şirkətləri, Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə dəstək tipli dövlət qurumu statusunda çıxış edəcək. Bununla bərabər, dənizdə ərazi bütövlüyünün və suverenliyin qorunması, dənizdə enerji infrastrukturunun mühafizəsi, dənizdə məlumatların toplanması və təhlili, Azərbaycanın ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, Azərbaycan donanmasının səfərbərlik hazırlığının təmin edilməsi vəzifələrinin yerinə yetirilməsində DTX və XKX dəstək tipli dövlət qurumu funksiyasını yerinə yetirəcək.
Femida.az
Oxunub: 745
Oxşar xəbərlər
- Xəzərin statusu ilə bağlı razılıq əldə olundu
- Xəzərin statusu Moskvada müzakirə ediləcək
- Xəzərin hüquqi statusu Moskvada müzakirə olunacaq
- Xəzərin sahilində iməclik keçirilib
- Xəzərin Rusiya və Qazaxıstan hissəsi quruyur - ŞOK PROQNOZ
- Xəzərin hüquqi statusu müzakirə olunub
- Xəzərin sahilində yeni çimərliklər salınacaq
- Xəzərin sahilindən 4 mina tapılıb
- Xəzərin hüququ statusu ilə bağlı Bakı razılaşması - ŞƏRTLƏR
- Xəzərin statusu gələn sammitə qaldı