Ata oğlunu öldürdü, hakim isə vəkildən şikayətçidir


15:42     02 Aprel 2016 mehkeme355.jpg


Femida.az həftənin önə çıxan hüquq xəbərlərini oxuculara təqdim edir.

Nardaranda əməliyyat: tutulanlar var

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar massivində Bakı şəhər sakini Namiq Fərəcullayevə məxsus evdən 40 metr elektrik naqili, 1 ədəd elektrik cihazı və geyim əşyaları oğurlayan paytaxt sakinləri - Qəhrəman Quliyev, onun oğlu Əmrah, Hüseyn Əsədov və əvvəllər məhkum olunmuş Zahid Cəbrayılov tutularaq istintaqa təqdim ediliblər.

***

Nardaran hadisələri ilə bağlı məhkəmə prosesi başlayıb

Sabunçu rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərdən bəzilərinin cinayət işi üzrə məhkəmə prosesləri başlayıb.

***

Usubovdan yeni rəis təyinatı

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yeni polis rəisi təyin edib.

***

DİN səyyar xidmət göstərib

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Hakim vəkildən şikayət etdi

Vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edilib.

***

Rasim Əliyevi öldürənlərə hökm oxundu

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda, məhkəmənin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev və Kənan Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.


***

Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

Bu gün Yasamal rayon məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə AzTV-nin rəhbəri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayətə baxılıb.

***

Bank vəkildən Baş prokurora şikayət etdi

Bank VTB (Azərbaycan) ASC-nin idarə heyətinin sədri Yakovlev vəkil Əkrəm Həsənovdan Baş prokurora şikayət edib. Səbəb kimi isə vəkilin şəxsi feysbuk səhifəsində aşağıda göstərilən mövzularda status yazması olub.

***

Vəzifəli şəxs barəsində cinayət işi açıldı

Muğanbank ASC-nin Kredit Departamentinin müdirinin qanunsuz əməlləri barədə Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

***

İdman müəlliminə qarşı cinayət

Bakıdakı idman zallarından birindən oğurluq edilib.

***

Ata azyaşlı övladını döyərək öldürdü



“Famil uşağı döyərkən onun əlindən alıb evə apardıq. Əsəbi soyumayan Famil onun dalınca gələrək başından vurdu. Uşağın başı stula dəydi və xəsarət aldı. Nə qədər köməklik göstərsək də, onun həyatını xilas etmək mümkün olmadı. Famil hətta Şəmsəddin öləndən sonra da kəndir axtarırdı ki, uşağın meyitini çarpayıya bağlayıb yenə döysün. Ancaq biz ona imkan vermədik”.

***

Keçmiş “zek” borca görə öldürüldü

Sumqayıtda keçmiş məhbus qətlə yetirilib.

***

Bakıda univermaq qarət olundu

Bakının Nəsimi rayonundakı iri ticarət mərkəzlərindən birində oğurluq hadisəsi baş verib.

Hadisə rayonun Cavadxan küçəsi 5 ünvanında yerləşən Moskva univermağında qeydə alınıb.

***

Moskvada 200 azərbaycanlı saxlanılıb: Kriminal “sxodka”

Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlı saxlanılıb.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1702