Abdullah Gül prezidentə zəng etdi


03:11     06 Aprel 2016 gul%20eliyev.jpg

Türkiyənin sabiq prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.


Femida.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, o, cəbhə xəttində erməni işğalçı qüvvələrinin hücumlarının qarşısını qəhrəmancasına alarkən Azərbaycan əsgərlərinin və mülki şəxslərin həlak olması ilə əlaqədar dövlət başçısına və xalqımıza başsağlığı verib, Türkiyə dövlətinin və xalqının daim Azərbaycan dövləti və xalqının yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. Dövlət başçısı A. Gülün Türkiyə prezidenti vəzifəsində çalışdığı illərdə və bu gün də Azərbaycanla Türkiyə arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynadığını vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1270