Abdullah Gülün mühafizəçisi terrorda ölüb
03:27 09 İyun 2016
Türkiyənin Mardin vilayətinin Midyat rayonunda törədilmiş terror aktı zamanı ölən qadın polis əməkdaşlarından biri vaxtilə Türkiyənin sabiq prezidenti Abdullah Gülün mühafizəçisi olub.
Türkiyə mediası xəbər verir ki, Şerife Özden Kalmış hadisədən sonra Midyat Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Partlayışda ağır yaralanan və yerləşdirildiyi xəstəxanada həyatını itirən digər qadın polis əməkdaşı Nefize Özsoyun isə 6 aylıq hamilə olduğu müəyyənləşib.
Qeyd edək ki, bu gün Türkiyənin Mardin vilayətində Midyat Rayon Polis İdarəsinə edilmiş terror hücumu nəticəsində 5 nəfər həlak olub, 51 nəfər yaralanıb.
Femida.az
Oxunub: 1393
Oxşar xəbərlər
- Abdullah Öcalan ölübmü? – Rəsmi açıqlama
- Abdullah Gülün atası vəfat etdi
- Abdullah Gül Bakıdadır - İlham Əliyevlə mühüm görüş
- Abdullah Gülün hərbi müşaviri həbs edildi
- Abdullah Gülün köməkçisi həbs olundu
- Abdullah Güldən Almaniyaya: “Ayıbdır“
- Abdullah Gül prezidentə zəng etdi
- Abdullah Gülə ağır itki
- Abdullah Gül İlham Əliyevi təbrik etdi
- Abdullah Gül İlham Əliyevə başsağlığı verib