Abdullah Gülün hərbi müşaviri həbs edildi


01:57     21 İyul 2016 1469036275.jpg

Türkiyənin sabiq prezidenti Abdullah Gülün baş hərbi müşaviri, Bolu 2-ci ordu komandanı, general İsmail Günəşər həbs edilib.

xəbər verir ki, Günəşər FETÖ şəbəkəsinin hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində azadlıqdan məhrum edilib.

Məlumata görə, o, “Konstitusiyanın tələblərini pozma” və “FETÖ/PYD şəbəkəsinə üzv olmaq” maddələri ilə təqsirli bilinir.

Bundan əlavə, onun iğtişaşlar zamanı küçəyə axışan əhaliyə evlərinə qayıtmağı əmr etdiyi, əks halda insanları öldürəcəyi ilə bağlı təhdid etdiyi bildirilib.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, onun qarşısı alınıb. Hadisədən sonra ölkədə 118 general və admiral saxlanılıb, onlardan 99-u həbs edilib.

Açar sözlər:

Oxunub: 1430