Bu stansiyanın giriş-çıxışı bağlanır - Xəbərdarlıq


14:50     06 Aprel 2016 37133545704a93660b271459923254_23298bae-55c3-4c9c-a223-f6ba25b0d402.jpg

“Elmlər Akademiyası” stansiyasının I vestibülündə sərnişinlərin giriş-çıxışı bağlanacaq.


“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, adıçəkilən vestibüldə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdiriləcək.

Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülü aprelin 15-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 997