PKK Qarabağa 400 terrorçu göndərib - TƏCİLİ


14:10     07 Aprel 2016 terrorcu9.jpg

PKK terror təşkilatı Ermənistana dəstək məqsədilə Qarabağa 400 terrorçu göndərib.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin terrorçular Ağrı dağı ərazisindən Ermənistana keçiblər və Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdirliblər.

Ermənistana keçən 400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlının da olduğu bildirilib.

Terrorçu təşkilatın bildirdiyinə görə, Ermənistan kürd dirənişinə dəstək verdiyi müddətdə onlar da `erməni qardaşlarına` hər cür yardım göstərəcəklər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2229