“Rusiya ardıcıl xətti davam etdirəcək” - Peskov


03:10     08 Aprel 2016 peskov31.jpg

“Sözsüz ki, bu dəfə də atəşin dayandırılması üçün ən müxtəlif səviyyələrdə çox operativ və böyük iş görülüb. Rusiyanın bu səyləri prosesin iştirakçıları tərəfindən qeyd olunub. Əlbəttə, rəsmi Moskva ardıcıl xətti davam etdirəcək”.


Femida.az
D.Peskov bildirib ki, Rusiya Minsk qrupunun həmsədrlərindən biridir və münaqişənin başladığı vaxtdan onun sülh yolu ilə həllinin şərtlərinin təmin edilməsi üçün səylər göstərir.

“Rusiya həm rəsmi İrəvan, həm də rəsmi Bakı ilə səmimi, tərəfdaş münasibətlərə malikdir və bu münasibətlərdən qeyd edilən şərtlərin yaradılması üçün istifadə edir. Bu zaman ikitərəfli əsasda və beynəlxalq mexanizmlər çərçivəsində fəaliyyət göstərir”.

Femida.az

Açar sözlər:

Oxunub: 540