Ermənistan İsrailin Azərbaycana silah satışını dayandırmasını tələb edib


02:12     11 Aprel 2016 600@0%20(12).jpg

Ermənistanın Misir və İsraildəki səfiri Armen Melkonyan İsrailin Azərbaycana silah satışını dayandırması üçün etiraz notası ilə ötən həftə Qüdsə gedib.

ANS PRESS-in məlumatına görə, bu barədə İsrailin yerli "Haaretz" xəbər portalı məlumat yayıb.

Sayt bildirib ki, XİN-in "Avrasiya" şöbəsinin müdiri Dan Oriyan onunla görüşüb və A. Melkonyan ona içərisində İsrailin Azərbaycana silah satışını dayandırması ilə bağlı tələbin yer aldığı rəsmi etiraz notası təqdim edib.

Xəbər portalının səfirlikdəki yüksək vəzifəli mənbədən aldığı məlumata görə, sənəddə xüsusilə Azərbaycan tərəfinin İsrailin IAI şirkətinə məxsus "Harop" pilotsuz uçan aparatından istifadə etməsi qeyd olunur.

Melkonyan isə öz növbəsində İsrail diplomatları ilə söhbətinin məzmunu barədə məlumat verməkdən imtina edib. Ancaq o, qəzetin məlumatında göstərilən detalları təkzib etməyib.

Qeyd edək ki, İsrail silah istehsalına görə dünyada 4-cü, pilotsuz təyyarələrin buraxılışı üzrə isə Birləşmiş Ştatlardan sonra ikinci yeri tutur. 2011-ci ildə Azərbaycan İsraillə ümumi məbləği $1,6 mlrd. həcmində silah və hərbi texnikanın alınmasına dair müqavilə bağlayıb.

Açar sözlər:

Oxunub: 1575