Sabunçuda iki kişi özünü asdı


17:25     11 Aprel 2016 oglan%20intihar1.jpg

Bakıda intihar hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, Balaxanı qəsəbəsi Cahangirov küçəsində yaşayan 28 mart 1997-ci il təvəllüdlü Muxtarov Orxan Mahir oğlu yaşadığı evin yaxınlığında, İ.Nəzərov küçəsindəki yarımçıq tikilidən özünü asıb. Onun telefon naqilindən asılı vəziyyətdə qalmış meyiti qonşuluqda yaşayan şəxslər tərəfindən tapılıb.

Bildirilir ki, O.Muxtarovun ailəsində ciddi problemlər olub.

***

Digər bir intihar hadisəsi isə Ramanada qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Həsən Bünyatov yaşadığı ünvanda özünü asıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1061