QHT-lər arasında atıcılıq üzrə çempionat keçirəcək


22:29     11 Aprel 2016 qht%20shura%20logo%20pl4.jpg

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “QHT-lər arasında atıcılıq çempionatı” təşkil edəcək.


Çempionat 9 may 2016-cı il tarixində Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Çempionatda iştirak edəcək hər bir komandada 1-dən 5-ə qədər QHT təmsil oluna bilər. Atıcılıq çempionatında iştirak etmək istəyən QHT-lər komandanın adını, üzvlərinin ad və təvəllüdlərini və əlaqə vasitələrini yazaraq 30 aprel 2016-cı ilədək [email protected] elektron poçtuna göndərməlidirlər.

Yarışda iştirak edəcək komandaların seçimi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılacaq.

Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir.

Əlaqə vasitələri: (+994) 50 359 89 86, (+994) 12 493 17 80

Femida.az

Açar sözlər:

Oxunub: 748