“Azəriqaz” diqqətli olmağı xahiş edir


02:46     14 Aprel 2016 trend_azerigaz_1910122.jpg

Martda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 57 min 713 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib.


SOCAR-ın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib. Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə bundan sonra da texniki baxışlar davam etdiriləcək.

“Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Femida.az

Açar sözlər:

Oxunub: 728