“Azəriqaz” abonentlərin sayını açıqlayıb


22:14     09 Oktyabr 2017 azeriqaz8.jpg

Bu ilin yanvar-sentyabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 63 420 yeni abonent qeydiyyata alınıb.


“Azəriqaz”dan Femida.az-a verilən məlumata görə, bunun da 30 908-i Bakı, Abşeron və Sumqayıt, 32 512-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 067 256-a çatıb.

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 447 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 741