Qardaşının şalvarını oğurladı, anası polisə verdi


18:34     17 Aprel 2016 polis-idare-interaztv_10_700x39037.jpg

Bakı sakini oğlunun öz qardaşına məxsus paltarları oğurlaması ilə bağlı polisə müraciət edib.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, General Mehmandarov küçəsində yaşayan 1948-ci il təvəllüdlü Heybətova Svetlana Qəni qızı polisə müraciət edərək bildirib ki, oğlu 43 yaşlı Elbrus qardaşı, 33 yaşlı Elxanın paltarlarını oğurlayıb. Qadın qeyd edib ki, oğurlanan şalvarın dəyəri 50, kostyumun qiyməti isə 150 manatdır.

Müraciət əsasında araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1449