Qardaşının intihar etdiyi binadan özünü atmaq istədi - FOTOLAR


13:01     15 Dekabr 2017 0b201b73-7268-4926-ab23-16d46d3a4995.jpg

Bakının Xəzər rayonu Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, Əli İsazadə küçəsi, 1 ünvanında yerləşən beşmərtəbəli binanın damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirən qəsəbə sakini Сavid Sadiqov bıçaqla özünə xəsarət yetirib. Damda olan polis əməkdaşları və FHN xilasediciləri həmin an onu saxlayaraq aşağı endiriblər və hadisə yerinə cəlb edilən həkimlərə təhvil veriblər. Sərxoş vəziyyətdə olan 23 yaşlı С.Sadiqov dərhal xəstəxanaya çatdırılıb.

Məlumata görə, onun Emin adlı 17 yaşlı qardaşı özünü mayın 21-də binanın damından ataraq intihar edib. İntiharın istintaqı ilə bağlı narazılıq bildirən Sadiqov Сavidin sərxoş olduğu bildirilir.




Açar sözlər:

Oxunub: 1432