İki rus zabitinə hökm oxundu - UKRAYNADA


00:14     19 Aprel 2016 1460988224.jpg

Rusiyalı xüsusi təyinatlılar Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev 14 il həbs cəzasına məhkum ediliblər.



Femida.az xəbər verir ki, bu barədə qərarı Kiyev məhkəməsi verib.

Qeyd edək ki, hər iki şəxs 2015-ci il mayın 16-da Luqansk vilayətində Ukrayna hərbçiləri tərəfindən yaxalanıblar. Onlar terror qruplaşması yaratmaqda, terakt törətməkdə, ukraynalı hərbçilərin ölümündə günahlandırılırlar. Ukrayna tərəfi hər iki hərbçinin Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşı olduğunu bildirib.

Rusiya isə bir müddət öncə ukraynalı hərbçi Nadejda Savçekonu 22 il həbs cəzasına məhkum edib.

Açar sözlər:

Oxunub: 1206