İsraili kim partladıb?


03:32     19 Aprel 2016 israilll%20partlayis.jpg

İsrail polisi Yerusəlimdə 15 nəfərin xəsarət alması ilə nəticələnmiş partlayışın terror aktı olduğunu elan edib. Polis bildirib ki, partlayış boş avtobusda baş verib.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın oradan içərisində sərnişinlər olan digər avtobusa keçib.
Hüquq mühafizə orqanlarının mətbuat katibi Mixael Zingerman hadisə yerində partlayıcı qurğunun tapıldığını bildirib. Onun sözlərinə görə, söhbət terror aktından gedir.
Bir qədər əvvəl İsrailin hüquq mühafizə orqanları partlayışın texniki səbəblərdən baş verdiyini bildirib.

Açar sözlər:

Oxunub: 1157