İrəvan hospitalında onlarla yaralı erməni əsgəri var


03:58     19 Aprel 2016 publika.az1433828472Xelef.jpg

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında 49 yaralı hərbçi var.



Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hospitalın rəisi Aram Asaturyan məlumat verib.

Onun sözlərinə görə, iki gün öncə Xankəndindən çox ağır vəziyyətdə olan bir hərbi qulluqçu hospitala gətirilib.

Bildirilib ki, daha dörd hərbçinin vəziyyəti ağırdır, onlar reanimasiya şöbəsində müalicə olunurlar.

Xatırladaq ki, 2-5 aprel günlərində hərbi əməliyyatların gedişində Ermənistan ordusu 322 nəfər əsgər və zabit itirib, 500-dən çox yaralı və 50-dən çox itkin var.

Açar sözlər:

Oxunub: 995